Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində şəhidlərin əziz xatirəsinə ucaldılmış Qarabağ Fatehləri adlı abidənin açılış mərasimi olmuşdur

Vetennamine.az saytının çəkiliş qrupu tərəfindəEmal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində şəhidlərin əziz xatirəsinə ucaldılmış Qarabağ Fatehləri adlı abidənin açılış mərasiminə həsr olunmuş geniş reportajı sizlərə təqdim edirəm.

Tədbir Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsinin yad edilməsi və Azərbaycan Respublikasının himninin ifa edilməsi ilə başladı.

Tədbirdə Azərbaycan Qarabağ müharibəsi əlilləri ,veteranları və şəhid aileleri ictimai birliyinin sədri Mehdi Mehdiyev,Peşə Təhsili Agentliyinin direktoru Ceyhun Kərimov,Milli Məclisin Deputatı Fazil Mustafa , Ehtiyatda olan polkovnik Rasim Manafov , Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Mətləb Hüseynov, Milli Qəhrəman polkovnik İlqar Mirzəyevin anası Gülnar xanım Mirzəyeva,   və məktəbin kollektiv heyyəti iştirak etmişlər.

Tədbirin sonunda məktəbin şagirdləri şəhidlərin abidəsininaçılış mərasiminə həsr edilmiş kompazisiya ilə çıxış etmişlər .

 

Həlimə Əliyeva

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.