Təbiət anlayışımız sayəsində hər gün daha uğurlu texnoloji məhsullar istehsal edə bilirik. Onlardan biri, əlbəttə ki, robot ayaqlarıdır.
“Məni əlil arabasından çıxaran robot ayaqlarımdır”.
Bu sözlər 9 il iflic olandan sonra ilk dəfə tək başına ayağa qalxa bilən 27 yaşlı Sofi Morqana məxsusdur. Sofi beldən aşağı tamamilə iflic olmuş bir qadın idi. Onun iflic olmasına səbəb 9 il əvvəl yol qəzasında əzilən onurğa beyni olub. Şəkildə gördüyünüz isə 5 dəqiqə əvvələ qədər 9 il əlil arabasına məhkum olan qadın idi. Düzü həyat işığı heç vaxt sönməmişdi, o, hətta Amerikada Kanal 4-də əlillər üçün yarış proqramında aparıcı işləmişdi və bütün bu illərdən sonra o, bir daha yeriməyəcəyini qəbul etmişdi.
Bu gün o, Rex adlı, hazırda yalnız bir neçə nəfər tərəfindən istifadə olunan müdhiş texnologiyaya – robot ayağı kimi tanınan xarici zirehə sahibdir. Hal-hazırda iflicin təsirlərini aradan qaldıra bilməsək də, lakin indi bizim onunla mübarizə aparmağa imkan verən çox güclü texnologiyamız var.
Rexi 90.000 avro dəyərində karbon fiberdən hazırlanmış xarici skeletdir. O, gələcəkdə ucuzlaşacağı təqdirdə əlil arabasını əvəz etmək üçün nəzərdə tutulub. Sofi kimi xəstələr barmaqları ilə idarə edə bildikləri sadə idarəetmə paneli sayəsində ayaqlarını istədikləri kimi hərəkət etdirə bilirlər.
Son zamanlarda bu tip iflicin müalicəsinin kök hüceyrə terapiyasına əsaslanaraq təmin edilməsinə çalışılsa da, yaxın gələcəkdə qəti bir müalicənin tapılacağı çox şübhəlidir. Ona görə də əlil arabasında həyat sürənləri azad edəcək bu texnologiyalar gələcəyə ümid işığıdır.
Nigar Həziyeva
Vətən Naminə Mətbuat Xidməti