İnsanın elektromaqnit sahəsi ilə qarşılıqlı təsiri problemi son vaxtlar olduqca aktual olub, radioəlaqə və radiolokasiyanın intensiv inkişafı, texnoloji əməliyyatları həyata keçirmək üçün elektromaqnit enerjisindən istifadə sferinin genişlənməsi, məişət elektrik və radioelektron qurğularının kütləvi yayılması ilə bağlıdır.
EMS-lərinin gərginliyi xüsusən, elektrik ötürücü xətlərin, radio və telestansiyaların, radiolokasiya və radiorabitə (o cümlədən mobil və peyk) vasitələrinin, müxtəlif energetik və enerji sərfi qurğularının, şəhər elektrik nəqliyyatının yaxınlığında kəskin yüksəlmişdir. Son illər şəhərlərdə bütün tezlikli dipazonlu EMS-nin müxtəlif mənbələrinin sayı artmışdır. Bura radiotelefonlar, radarlar, kompüterlər və b. daxildir.
EMS-nin bioloji təsiri sahəsində aparılan tədqiqatlar insan orqanizminin ən həssas sistemləri – sinir, immunitet və endokrin olmasını təyin etməyə imkan yaratdı. Elektromaqnit çirklənmənin insana təsiri üzrə qeydə alınan nəticələr arasında orqanizmin əsas funksiyalarının, о cümlədən, ürək-damar və həzm sistemlərinin zədələnməsi, psixi pozuntuların inkişafı və b. göstərmək olar.
EMS-in hətta nisbətən zəif səviyyədə təsiri xərçəng xəstəlikləri, davranışın dəyişməsi, huşun itirilməsi, bronxit, astma, aritmiya, miqren, xroniki yorğunluq və bir çox digər neqativ vəziyyətin inkişafına səbəb ola bilər.
Bəzi məlumatlara görə, böyük şəhərlərdə miokard infakt hadisələrinin baş verməsinin çox hissəsi sıçrayışla güclü aşağı tezlikli texnogen EMS-lər ilə bağlıdır.
EMS-nin təsiri, xüsusən ana bətnindəki körpələr, uşaqlar və allergiya xəstəliklərinə məruz qalan şəxslər üçün təhlükəli sayılır.
Faktlar təsdiq edir ki, iri sənaye şəhərinin aşağı tezlikli elektromaqnit sahəsinin adi səviyyəsi təbii «maqnit qasırğası»na uyğun gəlir.
Qoruyucu-sanitar zonası hüdudunda yaşayış binası, dayanacaq və nəqliyyat dayanacağı yerləşdirmək, istirahət yeri, idman və oyun meydançaları düzəltmək qadağan olunur.
Dəyişən maqnit sahəsinin insan sağlamlığına təsir nəticələri kəskin hal olduğundan, 1970-ci illərin sonlarında onlarla ölkələrdə bu istiqamətdə geniş miqyasda epidemioloji tədqiqatlara başlandı. 1992-ci ildə İsveçdə sənaye tezlikli yüksək qiymətli maqnit sahəsi şəraitində yaşayan 500 min adamın sağlamlığı üzərində aparılan müşahidələr yekunlaşdı.
Tədqiqatlar göstərdi ki, yaşayış yerində maqnit sahəsinin induksiyası 03 mk Tl-i keçərsə, xərçəng xəstəlikləri və leykozlara iki dəfə tez rast gəlinir. ABŞ və İsveçdə insanlar olan yerdə maqnit sahəsi induksiyanın səviyyəsi 02 mk Tl olarsa, neqativ nəticə müşahidə olunmaz.
Hazırda onlarla ölkədə maqnit sahəsinin 50 Hs miqdarı təhlükəsiz sayılır. Odur ki, şəhər tikintilərində, mənzil layihələşdirildikdə və məişət texnikası hazırlayarkən, bu rəqəmə əməl etmək vacibdir.
Bizim mənzillərdə təhlükəli maqnit sahələri aşağıdakı güclü cərəyanlı cihazlardır: qril, ütü, soyuducu, televizor, kompüter, giriş yolundakı və ya liftdəki ümumi yüksək enerjili kabel.
Kompüterlər geniş spektrdə elektromaqnit şüalanması yaradır: rentgen, ultrabənövşəyi, yüksəktezlikli, aşağıtezlikli və elektrostatik sahə. İstifadəçi üçün başlıca təhlükə monitorun diapazonunda 20 Hs-300 MHs tezlikli elektromaqnit şüalanması və ekrandakı statik elektrik yükü sayılır. Elektramaqnit şüalanması bütün istiqamətlərdə yayılır və yalnız istifadəçiyə deyil, həm də ətrafdakılara (monitordan 5 m aralıda olan) təsir göstərir. Yaxşı konstruksiyalı kompüter süzgəci elektrostatik sahəni xeyli azalda bilər.
Personal kompüterlərinin işi havanın aeroion tərkibini pisləşdirir (yüngül aeroionlar azalır, ağır aeroionların sayı çoxalır). İşin başlanğıcın-dan 2 saat sonra əmələ gələn baş ağrısı çox vaxt yüngül aerozolun çatışmazlığı ilə bağlıdır. Yoxlama aparılan kompüter otaqlannın 95%-dən çoxunda yüngül aeroionların çatışmazlığı müşahidə olunmuşdur.
Nigar Həziyeva
Vətən Naminə Mətbuat Xidməti