Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına verilən
məlumata əsasən, yarışda əvvəlcə snayperlərə sıra baxışı keçirilib və təchizatları
yoxlanılıb.
Şəxsi heyətə yüksək dözümlülük, təmkinlik, fiziki hazırlıq kimi xüsusiyyətlərin
aşılanması və sərrast atıcılıq qabiliyyətinə malik hərbi qulluqçuların müəyyən
edilməsi məqsədilə keçirilən yarışda snayperlərin maneələri dəf edərək müxtəlif
məsafələrdə yerləşən hədəfləri məhvetmə bacarıqları yoxlanılıb.
6 mərhələdə keçirilən yarışda müxtəlif vəziyyətlərdə atəşaçma üzrə normativlər
icra edilib.
Sonda verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirən snayperlər müəyyən
edilib və mükafatlandırılıblar.
https://youtu.be/hJjxDP8O0PU