• Xəbər Lenti
  • Ən çox oxunan
  • Hamısı
  • Xəbərlər
  • Hərbi
  • Texnologiya
Əlahiddə Ümumqoşun Orduda “2023-cü tədris ilində birləşmə və hissələrin hazırlığının yekunları haqqında” müşavirə keçirilib

Əlahiddə Ümumqoşun Orduda “2023-cü tədris ilində birləşmə və hissələrin hazırlığının yekunları haqqında” müşavirə keçirilib

30 Yanvar 2024
Vətən müharibəsi şəhidlərinin anım günündə xatirələri yad edildi

Vətən müharibəsi şəhidlərinin anım günündə xatirələri yad edildi

12 Noyabr 2025
YAP Biləsuvar rayon təşkilatı 8 noyabr – Zəfər Günü həsr olunmuş tədbir keçirib

YAP Biləsuvar rayon təşkilatı 8 noyabr – Zəfər Günü həsr olunmuş tədbir keçirib

06 Noyabr 2025
Şəhidlərimizin anım mərasimi keçirildi

Şəhidlərimizin anım mərasimi keçirildi

16 Oktyabr 2025
9 oktyabr – Vətən Müharibəsi şəhidi  Rəhimov Zamin Vahid oğlunun şəhadətə yüksəlməsindən 5 il keçir

9 oktyabr – Vətən Müharibəsi şəhidi Rəhimov Zamin Vahid oğlunun şəhadətə yüksəlməsindən 5 il keçir

09 Oktyabr 2025
YAP Bərdə rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Zəfər tariximizin müəllimləri” adlı tədbir keçirib

YAP Bərdə rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Zəfər tariximizin müəllimləri” adlı tədbir keçirib

03 Oktyabr 2025
“Qərbi Azərbaycana aparan yollar” adlı tədbir keçirilib

“Qərbi Azərbaycana aparan yollar” adlı tədbir keçirilib

03 Oktyabr 2025
Qarabağ qazisi Alekseyev Lətifin əziz xatirəsinə

Qarabağ qazisi Alekseyev Lətifin əziz xatirəsinə

02 Oktyabr 2025
Vətən müharibəsi şəhidi mayor Kəlbalıyev Səyavuş Hümbət oğlunun ildönümü münasibətilə anım tədbiri keçirilib

Vətən müharibəsi şəhidi mayor Kəlbalıyev Səyavuş Hümbət oğlunun ildönümü münasibətilə anım tədbiri keçirilib

30 Sentyabr 2025
Şəhidimiz Elməddin Hüseynzadənin 5-ci il dönümü qeyd edildi

Şəhidimiz Elməddin Hüseynzadənin 5-ci il dönümü qeyd edildi

29 Sentyabr 2025
HƏR AN EHTİRAMLA ANIRIQ…

HƏR AN EHTİRAMLA ANIRIQ…

27 Sentyabr 2025
Bərdə rayonun Bəcrəvan kəndində şəhid Məmmədli Namiq Ağamməd oğlunun anım mərasimi keçirildi

Bərdə rayonun Bəcrəvan kəndində şəhid Məmmədli Namiq Ağamməd oğlunun anım mərasimi keçirildi

15 Sentyabr 2025
Vətən müharibəsi şəhidi Ağayev Vahid Məcnun oğlunun doğum günü münasibətilə anım tədbiri keçirilib

Vətən müharibəsi şəhidi Ağayev Vahid Məcnun oğlunun doğum günü münasibətilə anım tədbiri keçirilib

15 Sentyabr 2025
  • Əlaqə
  • Əsas səhifə
  • Haqqımızda
  • Saytın istifadə qaydaları
Vətən Namin TV
Cümə, Dekabr 12, 2025
Vətən Naminə
  • Əsas
  • Xəbərlər
  • Sosial
  • Hərbi
  • Qanunvericilik
    • Qanun
    • Fərman
    • Sərəncam
    • Qərar
  • Digər
    • Sosial sahibkarlıq
    • Elm və təhsil
    • Müsahibələr
    • Araşdırma
    • Məqalələr
    • Tədbirlər
No Result
View All Result
Vətən Naminə
No Result
View All Result
Əsas Hərbi Görüşlər

Əlahiddə Ümumqoşun Orduda “2023-cü tədris ilində birləşmə və hissələrin hazırlığının yekunları haqqında” müşavirə keçirilib

2023-cü tədris ilini uğurla başa vuran Əlahiddə Ümumqoşun Orduda 2024-cü yeni tədris ilinə hazırlıq planına uyğun olaraq müxtəlif ixtisaslar üzrə toplantılar keçirilib. Komandir heyətinin bilik və bacarıqlarının, nəzəri və praktiki vərdişlərinin təkmilləşdirildiyi toplantılara müxtəlif ixtisaslı və kateqoriyalı komandirlərlə yanaşı komandir müavinləri də cəlb edilib. Toplantı iştirakçılarından ümumqoşun, ixtisas və fiziki hazırlıqdan məqbullar qəbul edilib.

Yazar Mətbuat Xidməti
30 Yanvar 2024
Kateqoriya Görüşlər
A A
Facebook-da paylaşınTelegram-da paylaşın

Müdafiə Nazirliyindən VETENNAMİNE.AZ-a verilən məlumata əsasən, toplantılar başa çatdıqdan sonra 2023-cü tədris ilinin nəticələri ilə bağlı yekun müşavirə keçirilib. Müşavirədə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev müşavirədə çıxış edərək bildirib ki, yola saldığımız 2023-cü il Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi, eləcə də Ordumuzun sentyabr ayında keçirdiyi uğurlu lokal antiterror əməliyyatı nəticəsində işğal altında olan torpaqlarımızın tam azad olunması Zəfər salnaməmizə qızıl hərflərlə yazıldı.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsini daim diqqət mərkəzində saxlayır, Naxçıvanın etibarlı müdafiəsinin təmin edilməsi üçün mühüm addımlar atılır. Dövlət başçımızın göstərişi ilə Əlahiddə Ümumqoşun Ordu ən müasir silah və texnikalarla təchiz edilib, şəxsi heyətin sosial-məişət şəraiti ən müasir standartlar səviyyəsinə yüksəldilib.
Müşavirədə ordu quruculuğundan bəhs edən “Ordumuz qürurumuzdur” adlı film nümayiş etdirilib.
Əlahiddə Ümumqoşun Ordu komandanının birinci müavini – qərargah rəisi, general-leytenant Fazil Ağalarovun “2023-cü tədris ilində Əlahiddə Ümumqoşun Ordunun hazırlığının yekunları haqqında” məruzəsi dinlənilib.
General-leytenant Fazil Ağalarov bildirib ki, birləşmə və hissələrin hazırlığının gedişində əsas diqqət onların döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılmasına, qısa zamanda döyüşə hazırolma dərəcələrinə gətirilməsinə və döyüş təyinatı üzrə düzgün tətbiq edilməsinə, birinci eşelon birləşmələrinin hazırlığında isə müdafiə zolaqlarında döyüş tapşırıqlarının icrasına, düşmənin ehtimal olunan təxribat xarakterli fəaliyyətlərinin qarşısının alınması və dəf edilməsi üzrə məşqlərin yerinə yetirilməsinə yönəldilib.
Qeyd olunub ki, ötən il ərzində Əlahiddə Ümumqoşun Orduda müxtəlif komanda-qərargah təlimləri, həmçinin qərargah və idarəetmə məntəqələrinin açılması üzrə məşqlər keçirilib. Təlim və məşqlərin gedişində komandir və qərargah zabitləri ilə müasir ümumqoşun döyüşünün təşkil edilməsi, mürəkkəb relyefli ərazilərdə döyüşün aparılması zamanı yaranmış müxtəlif şəraitlərdə bölmələrin fasiləsiz idarə olunması və idarəetmə orqanlarının uzlaşmış fəaliyyəti üzrə suallar məşq etdirilib, eyni zamanda bölük-tabor-briqada-ordu qərargahları arasında radiorabitənin yaradılması təmin olunub.
Bildirilib ki, il ərzində ixtisas hazırlığı və zabit təkmilləşdirmə kursları uğurla təşkil olunaraq keçirilib. Şəxsi heyətin fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi də diqqət mərkəzində saxlanılıb. Planlaşdırılmış idman tədbirləri il ərzində tam şəkildə yerinə yetirilib. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və hərbi intizamın yüksəldilməsi üçün birləşmə və hissələrdə müntəzəm olaraq tədbirlərin keçirilməsi davam etdirilib.
Hərbi qulluqçularımızın beynəlxalq təlimlərdə iştirakından danışan general-leytenant Fazil Ağalarov bildirib ki, Azərbaycan və Türkiyə Respublikaları arasında imzalanan ikitərəfli müqavilələrə əsasən Türkiyə Respublikasında ötən ilin yanvar və fevral aylarında “Qış təlimi – 2023”, aprel və may aylarında “Heydər Əliyev – 2023” birgə döyüş atışlı taktiki təlimləri uğurla icra edilib.
Əlahiddə Ümumqoşun Ordu komandanının müavinləri və ordunun idarə rəisləri 2023-cü tədris ilində görülmüş işlər, 2024-cü tədris ilində qarşıda duran vəzifələrlə bağlı məruzə və təkliflərlə çıxış ediblər.
General-leytenant Fazil Ağalarov “Əlahiddə Ümumqoşun Ordunun 2024-cü tədris ilinə hazırlıq planı” haqqında ətraflı məlumat verib.
Müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev müşavirənin yekununda Əlahiddə Ümumqoşun Orduda yaradılan nümunəvi xidmət şəraitinə görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlıq edərək qeyd edib ki, yola saldığımız 2023-cü tədris ilində olduğu kimi, 2024-cü ildə də qarşıda duran bütün vəzifə və tapşırıqları uğurla yerinə yetirəcək, Vətən torpağının müdafiəsində ayıq-sayıq dayanacaq, əsl vətənpərvərlik, Ümummili Lider Heydər Əliyev ideyalarına sadiqlik nümayiş etdirəcəyik.
Sonda Azərbaycan Respublikasının Prezidenti tərəfindən təltif olunmuş hərbi qulluqçulara orden və meddallar təqdim edilib.

  • Vətən Naminə Mətbuat Xidməti
Etiketlər #ordu#xəbərhərbiMüdafiəNazirliyi
Plugin Install : Subscribe Push Notification need OneSignal plugin to be installed.
Əvvəlki xəbər

Qlobal vətəndaşların yetişdirilməsi: Uşaqlara müxtəliflik haqqında öyrətmək

Növbəti xəbər

Azərbaycan Ordusunda yeni tədris dövrü başlayıb

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

RSS Vətən Naminə TV

  • Şəhid XTQ Qüvvələrinin Giziri Naibov Devran Fazil oğlunun 5 ci il dönümü qeyd olunub. 08 Oktyabr 2025
  • Şəhid Quliyev Mehman Telman oğlunun 5-ci ildönümü qeyd olunub 07 Oktyabr 2025
  • ŞƏHİDLƏRİMİZİ YAŞADAQ | Hüseynzadə Elməddin 13 İyun 2024
  • “ŞAHDAĞ QUBA & TRUSKAVETS” sanatoriyasında şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı 26 Fevral 2024
  • TURANA DOĞRU | ƏSGƏRƏ MƏKTUB 11 Noyabr 2023
  • TURANA DOĞRU | DÜNYA SAVAŞINA DOĞRU... 18 Oktyabr 2023
  • TURANA DOĞRU | TÜRK DÜNYASININ ZƏFƏR GÜNÜ - II hissə 30 Avqust 2023
  • TURANA DOĞRU | TÜRK DÜNYASININ ZƏFƏR GÜNÜ - I hissə 30 Avqust 2023
  • TURANA DOĞRU | Azərbaycan və Qazaxıstan ictimai birlikləri əməkdaşlığa imza atdılar 05 Avqust 2023
  • #söyüdlü #gədəbəy #etsn #vətənnaminə #xəbərlər 18 İyul 2023
  • #gədəbəy #media #söyüdlü #etsn 18 İyul 2023
  • Prezidentin Nazirliyə verdiyi 1 həftə sona çatdı - ETSN-dən açıqlama 18 İyul 2023
  • TURANA DOĞRU | Buxara vilayətinin baş həkimi İlxom Norov 07 İyul 2023
  • TURANA DOĞRU | 26 iyun Silahlı Qüvvələr Günü 26 İyun 2023
  • ŞƏHİDLƏRİMİZİ YAŞADAQ | Kərgicahan pələngi 24 İyun 2023
Vətən Naminə

©2024 Hüquqları qorunur.

Vətən Naminə Media Qrup

  • Haqqımızda
  • Galereya
  • Saytın istifadə qaydaları
  • Əlaqə

Bizi izləyin

No Result
View All Result
  • Əsas səhifə
  • Xəbərlər
    • Siyasət
    • Cəmiyyət
    • Dünya
    • İdman
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Kriminal
  • Sosial
    • Turizm
    • Kulinariya
    • Film
    • Layihələr
  • Texnologiya
    • Kibertəhlükəsizlik
    • Proqramlaşdırma
    • Smartfonlar
    • Startup
  • Hərbi
    • Təlimlər
    • Görüşlər
    • Cəbhə Xəbərləri
  • Qanunvericilik
    • Qanun
    • Fərman
    • Sərəncam
    • Qərar
  • Digər
    • Sosial sahibkarlıq
    • Elm və təhsil
    • Müsahibələr
    • Araşdırma
    • Məqalələr
    • Tədbirlər

©2024 Hüquqları qorunur.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Sizə daha yaxşı xidmət göstərmək üçün çərəzlərdən istifadə edirik. Visit our Gizlilik Siyasəti.