Məktəbin direktoru S. Yusifova tədbiri açılış nitqi ilə başlayaraq, bütün şəhidlərə Allahdan rəhmət dilədi.
Tədbirdə Aprel döyüşləri zamanı şəhidlik zirvəsinə yüksələn Ziya Həsənov və Səbuhi Musayevin əzizləri və digər şəhid ailəsi üzvləri, qazilər,müharibə veteranları,rayonun ziyalıları iştirak etdilər.
Çıxış edənlər onu da qeyd ediblər ki, Aprel döyüşləri böyük zəfərin başlanğıcı oldu.44 günlük Vətən müharibəsində qazanılan şanlı tarix zəfər üçün böyük zəmin yaratdığını qeyd edilib.
Aprel döyüşləri qazisi 1- ci və 2- ci Qarabağ müharibəsi iştirakçıları olan qazilər,müharibə veteranları keçdikləri şərəfli döyüş yolundan və döyüşçü yoldaşlarının şücaətlərindən bəhs ediblər. Məktəblərdə gənclərin vətənpərvər ruhda yetişdirilməsinə xidmət edən belə tədbirlərin davamlı keçirilməsinin önəmini vurğulayıblar.
Məktəbin şagirdləri Aprel şəhidlərinə həsr olunmuş
”Aprel döyüşləri zəfərə aparan yol”adlı ədəbi-bədii kompazisiyada vətənpərvərlik mövzusunda şerlər və mahnılar söyləyiblər.
Tədbirin təşkilatçısı Hüseynova Tamella şəhidlərin xatirə şəkilləri əks olunan təqvimləri həm şəhid analarına, həm də tədbir iştirakçılarına təqdim etdi.
Aysel Məmmədli
Vətən Naminə Mətbuat Xidməti