Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına
verilən məlumata əsasən, mayın 8-i saat 09:15-də Ermənistan silahlı qüvvələrinin
bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən
mövqelərindən Laçın rayonu ərazisində şərti sərhəddə ekskavatorumuzu atəşə tutub.
Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.
Asiman Xəlili
Vətən Naminə Mətbuat Xidməti













