Ekologiya və Təbii Sərvətlər Nazirliyindən VETENNAMİNE.AZ-a verilən məlumata əsasən, şuranın yeni seçilən üzvləri COP29 ili çərçivəsində həyata keçiriləcək bütün tədbirlərdə yaxından iştirakla yanaşı, ictimai nəzarətin həyata keçirilməsi, ekoloji yönümlü digər QHT-lərlə birgə Nazirliyin fəaliyyətinin bütün sahələrində yaxından iştirak edəcəklərini, ətraf mühitlə bağlı məsələlərin ictimai müzakirəsinin daha səmərəli və nəticəyönümlü olmasına çalışacaqlarını bildiriblər.
Qeyd edək ki, 15 yanvar 2024-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib, müraciəti qeydə alınmış 38 namizəddən 13-ü səs çoxluğu toplayaraq İctimai Şuraya üzv seçilib.
Vətən Naminə Mətbuat Xidməti