Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Metbuat xidmətindən VETENNAMİNE.AZ saytına verilən məlumata görə, Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Firdovsi Əliyevin rəhbərlik etdiyi qrup üzvlərinin Xınalıq kəndindən başlayan yürüşü müəyyən olunmuş marşrut üzrə “Heydər zirvəsi”nə doğru davam edib.
Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivinin mürəkkəb relyefinə və sərt iqliminə baxmayaraq, qrup üzvləri “Heydər zirvəsi”nə qalxaraq dahi şəxsiyyətin barelyefi önünə qızılgül dəstəsi düzüb, Ulu Öndərin əziz xatirəsini yad edib və Azərbaycan bayrağını dalğalandırıblar.

Asiman Xəlili
Vətən Naminə Mətbuat Xidməti













