VETENNAMİNE.AZ xarici mediaya istinadən xəbər verir ki, Qəzzada yerləşən Baptist Xəstəxanasının (Əl Əhli Ərəb Xəstəxanası) İsrail döyüş təyyarələri tərəfindən bombalandığı və çox sayda insanın yaralandığı bildirilib. Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Qudra verdiyi açıqlamada İsrailin Baptist Xəstəxanasına həyata keçirdiyi hava hücumunda ən azı 500 nəfərin həyatını itirdiyini açıqlayıb.
Qəzzada xəstəxananın bombalanmasından sonrakı ilk fotolar. Qəzza Səhiyyə Nazirliyinin sözçüsü: İsrailin Qəzzada Əl-Əhli Baptist Xəstəxanasını bombalaması nəticəsində ölənlərin sayı 500-ə çatıb. Hücum nəticəsində çoxlu yaralı Qəzza şəhərindəki Şifa xəstəxanasına aparılıb.
UNICEF DƏRHAL DAYANMAĞA ÇAĞIRDI
UNICEF Qəzzada Əl-Əhli Baptist Xəstəxanasına edilən hücumu qətiyyətlə pisləyib və dərhal atəşkəsə çağırıb. UNICEF sosial media hesabında İsrailin Qəzzada xəstəxanaya hücumu ilə bağlı mesaj paylaşıb.
VETENNAMİNE.AZ mesajı təqdim edir: “UNİCEF Qəzzada Əl-Əhli Baptist Xəstəxanasına edilən və yüzlərlə mülki şəxsin ölümünə səbəb olan hücumu şiddətlə qınayır”
Vətən Naminə Mətbuat Xidməti