Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü

Azərbaycan türklərinin ən yadda qalan şərəfli günlərindən biridə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Bu günün əsası hər birimizə məlum olduğu kimi Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında olan sərhədin qaldırılması ilə əsası qoyulub.

Uzun illər bir-birinə həsrət qalan iki millət sıx qohumluq əlaqələri olan insanlar Arazın hər iki sahilində, şimali və cənubi Azərbaycan arasında sərhəd dirəklərini dağıdaraq Araz qırağında birləşərək iki millətin bir olduğunu bütün dünyaya sübut etmək istədilər.

Həmrəylik Günü iki millətin birləşmək istəyinin simvolik nişanəsidir.

1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Sonra bu təşəbbüs mərkəzi hakimiyyətin də dəstəyini qazandı və artıq bütün Azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü— Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib. İndi həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər.

Bütün dünyada yaşayan Azərbaycan türkləri 2020-ci ilin sentyabrın 27-də başlayan əks hücum əməliyyatında Azərbaycan dövlətini bir mənalı qaydada dəstəklədilər və Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev cənablarına hər tərəfli dəstək olaraq, bizim haqq səsimizi xaricdə yerləşən diasporaların köməyi ilə dünya ictimaiyyətinə çatdıra bildilər.

 

Hazırladı:

Aris Məmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.