VETENNAMİNE.AZ saytı xarici mətbuata istinadən xəbər verir ki, BƏƏ-nin Dubay şəhərinin ən qədim yaşayış məhəllələrindən biri olan Deyra rayonunda 5 mərtəbəli bina alova təslim olub.
Çoxlu yanğınsöndürənlərin müdaxiləsi ilə yanğın söndürülüb. Yanğın zamanı azı 16 nəfər ölüb, 9 nəfər yaralanıb.
BƏƏ-nin 7 əmirliyindən biri olan Dubayın 90 faizi əcnəbilər olmaqla 3,3 milyon əhalisi var.
Yanğında ölənlərin milliyyətləri barədə hələdə məlumat paylaşılmayıb.