Dubayda VIII Dünya Hökumətlər Sammiti keçirilir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində VIII Dünya Hökumətlər Sammiti keçirilir.

Vetennamine.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Sammitdə ölkəmizi əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və b. ibarət Azərbaycan nümayəndə heyəti təmsil edir.

 

Tədbirdə dünya ölkələrinin yüksək vəzifəli məmurları, dövlət və hökumət başçıları, diplomatik korpuslar və beynəlxalq təşkilatların nümayəndələri, tanımış ictimai-siyasi xadimlər, alimlər və ekspertlər, iş adamları iştirak edir.

 

Sammit 8 mövzunu (tərəqqiyə və hökumətlərin inkişafına təkan verən siyasətlər; səhiyyə sistemlərinin gələcəyinin layihələndirilməsi; müsbət nəticələr üçün dayanıqlı  fəaliyyətin təmin edilməsi; qlobal iqtisadiyyatın bərpa prosesinin sürətləndirilməsi; gələcəyin şəhərlərinin qurulması; cəmiyyətin sabitliyinin gücləndirilməsi; təhsil və əmək bazarının gələcəyi üçün imkanların yaradılması; yeni imkanların araşdırılması)  əhatə edir.

 

Bu mövzularda sessiya və seminarların keçirilməsi, müzakirələrin və təcrübə mübadilələrinin aparılması nəzərdə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.