Dövlət Sosial Müdafiə Fondu daha bir beynəlxalq mükafata layiq görüldü

Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Tallin şəhərində keçirilən Avropa Regional Sosial Təminat Forumunda Təşkilatın bir neçə ay əvvəl başlatdığı “BSTA-nın ən yaxşı təcrübəsinə görə mükafat” müsabiqəsinin nəticələri geniş auditoriyaya elan edilib.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Vetennamine.az-a bildiriblər.

Müsabiqədə iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu daha bir beynəlxalq uğura imza ataraq müsabiqənin diplomuna layiq görülüb.

Müstəqil beynəlxalq münsiflər heyətinin qərarına əsasən, Dövlət Sosial Müdafiə Fondu “Ən yaxşı mütərəqqi təcrübəni təsdiq edən xüsusi qeydli Fəxri Diplom”la təltif edilib.

Tədbirdə BSTA-nın Avropa məkanına aid 40-dan çox ölkənin 70-ə yaxın sosial təminat qurumu təmsil olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.