Fond “International Professional Trade Exhibition & Meeting Planner” (Peşəkar Ticarət Sərgisi və Görüşlər üzrə Beynəlxalq Təşkilat) beynəlxalq qurumu (Malayziya) tərəfindən təşkil edilmiş beynəlxalq müsabiqədə son illər aparılmış islahatlar təcrübəsinə aid 2 innovativ iş ilə iştirak edib.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat Xidmətindən vetennamine.az saytına bildiriblər.
Münsiflər Heyəti tərəfindən onlardan birinci iş “Public Service Innovation Asia 2023” kateqoriyası üzrə Qızıl Mükafata, Malayziya Beynəlxalq Yaradıcılıq və İnnovasiyalar Assosiasiyası tərəfindən isə Xüsusi Mükafata layiq görülüb.
İkinci iş isə “International Innovation Awards 2023” kateqoriyası üzrə Xüsusi Mükafata layiq görülüb.
Beləliklə, DSMF-nin təqdim etdiyi iki iş 67 ölkədən 658 işi əhatə edən beynəlxalq müsabiqədə 3 mükafat (1-i Qızıl və 2-si Xüsusi Mükafat) ilə təltif olunub.
Mükafatlar Kuala Lumpur şəhərindəki (Malayziya) Dünya Ticarət Mərkəzində təşkil olunan “MTE Technology Expo 2023” sərgisində təqdim olunub.
DSMF-nin bu beynəlxalq müsabiqədə mühüm uğuru nəzərə alınaraq “International Professional Trade Exhibition & Meeting Planner” beynəlxalq qurumu Fonda həmin sərgidə 3 gün ərzində öz fəaliyyət və nailiyyətlərini geniş auditoriyada təqdim və təşviq etmək imkanı yaradıb.
Bundan əvvəl isə DSMF il “2022-ci ilin Beynəlxalq Dövlət Qurumu” (Böyük Britaniya) ali mükafatı, Beynəlxalq Sosial Təminat Assosiasiyasının mükafatı və 2 Mükəmməllik Sertifikatı, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının mükafatı, bu il isə “iESE – The Public Sector Transformation Partner” beynəlxalq qurumunun (Böyük Britaniya) təşkil etdiyi “Dövlət sektorunda transformasiyaya görə beynəlxalq mükafat” müsabiqəsində qalib gələrək “Mükəmməllik Sertifikatı, 2023-cü il Qalibi” mükafatı ilə təltif olunub.