Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması, dövlət sərhədlərinin mühafizəsi və müdafiəsi zamanı xüsusilə fərqləndiklərinə görə və Azərbaycan Sərhəd Mühafizəsinin 104-cü ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən təltif edilmiş hərbi qulluqçulara orden və medallar Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən təqdim edilib.
Bu münasibətlə təşkil olunmuş təntənəli mərasimlərdə Azərbaycan sərhədçilərinin istənilən döyüş tapşırığını bundan sonra da şərəflə yerinə yetirəcəklərinə, müqəddəs torpaqlarımızın müdafiəsini və mühafizəsini böyük əzm və fədakarlıqla təmin edəcəklərinə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin əmrlərinin icrasını ən yüksək səviyyədə təmin edəcəklərinə əminlik ifadə olunub.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev hərbi hissələrin yaşayış şəhərciklərinə baxış keçirmiş və hərbi qulluqçular üçün yaradılmış şəraitlə tanış olub.
Vətən Naminə Mətbuat Xidməti