Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 24 fevral saat 15:00-da vətəndaş qəbulu keçirəcək.
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən vetennamine.az saytına məlumat veriblər
Qəbuldə iştirak etmək istəyənlər şəxsiyyətini təsdiq edən sənədlərlə Bakı şəhəri, Atatürk Prospekti 189 ünvanında yerləşən Bakı şəhər regional miqrasiya baş idarəsinə yaxınlaşa bilərlər.
Qəbula yazılanlar şəxsiyyət vəsiqəsini (əcnəbi və vətəndaşığı olmayan şəxs olduğu təqdirdə Azərbaycan Respublikası ərazisində olmasını və ya yaşamasını təsdiq edən müvafiq sənədi, xarici pasportunu və ya digər sərhədkeçmə sənədini), nümayəndə müraciət etdikdə isə əlavə olaraq bunu təsdiqləyən rəsmi sənədləri təqdim etməlidir. Müraciətin səbəbi aydın və ətraflı göstərilməlidir.