Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzi ölkəmizdə ilk ISO sertifikatlı peşə hazırlığı müəssisəsi oldu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzinə beynəlxalq ISO sertifikatları təqdim edilib. Mərkəz  ölkəmizdə ilk ISO sertifikatlı peşə hazırlığı müəssisəsidir.

Bakı Peşə Hazırlığı Mərkəzi bundan sonra müvafiq fəaliyyət istiqamətlərində ISO 9001 (Keyfiyyət idarəetmə sistemi), ISO 14001 (ətraf mühitin idarə olunması və qorunması sistemi), ISO 45001 (əməyin təhlükəsizliyi sistemi) standartlarının tələblərini də təmin edəcək.

Qeyd olunan standartlar əsasında mütəxəssis hazırlığının təşkilinin həyata keçirilməsi üçün mərkəz Beynəlxalq Standartlaşdırma Təşkilatı tərəfindən dərc edilmiş təlimatlara uyğun olaraq sertifikatlaşdırmaya hazırlıq mərhələsini keçib.

İSO sertifikatlarını ala bilməsi üçün Bakı Peşə Hazırlığı Mərkəzində keyfiyyət menecmenti sistemi qurulub, təhlili aparılıb və mərkəzin kollektivinə təlimlər keçirilib. Daha sonra Peşə Hazırlığı Mərkəzinin İSO standartlarına cavab verdiyini təyin etmək üçün texniki uyğunluq baxışı, hər üç sistem üzrə sənədlərin yoxlanışı, həmçinin, tədris vəsaitlərinin akkreditasiyası həyata keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.