Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, onlardan 805 nəfəri Agentliyin Bakı, Gəncə və Göyçay Peşə Hazırlığı Mərkəzlərində, 638 nəfəri üçün isə özəl tədris müəssisələrində peşə kursları təşkil edilib.
Kurslarda İT üzrə texniki dəstək mütəxəssisi, innovativ suvarma, gübrələmə və dərmanlama texnilogiyaları üzrə mütəxəssis, nəzarətçi-xəzinədar, dərzi, xalçaçı, elektrik aparat və cihazlarının sazlayıcısı, insan resursları mütəxəssisi, avtomobil diaqnostikası və təmiri ustası, əməliyyatçı-mühasib və s. peşələr öyrədilir.
Kurs müddətində müdavimlərə minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödənilir və kursları uğurla bitirən şəxslərin məşğulluğuna da dəstək göstəriləcək.
Aris Məmmədov
Vətən Naminə Mətbuat Xidməti