“Dövlət icbari şəxsi sığorta” altsisteminin hazırlanması işləri yekunlaşmaq üzrədir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində “Dövlət icbari şəxsi sığorta” altsisteminin yaradılması işləri artıq yekunlaşmaq üzrədir.

Bunu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Vetennamine.az-a bildiriblər.

Prezident İlham Əliyevin 29 dekabr 2021-ci il tarixli Fərmanının icrası olaraq yaradılan altsistem dövlət icbari şəxsi sığorta sahəsində idarəçilik və xidmətlərin e-infrastrukturunun qurulmasında mühüm rol oynayacaq.

Aidiyyəti qurumlar (Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Dövlət Miqrasiya Xidməti, Dövlət Gömrük Komitəsi) tərəfindən dövlət icbari şəxsi sığorta ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan məlumatlar  “Dövlət icbari şəxsi sığorta” altsisteminə daxil ediləcək.

Bunun üçün həmin qurumların qeyd olunan altsistemə çıxışı təmin olunacaq.

Altsistem sığortaolunanların qeydiyyatı, sığorta hadisəsi barədə məlumatın verilməsi, daxil olan ödəniş vəsaitlərin uçotu, sığorta ödənişinin təyin olunması və s. proseslərin bütünlüklə e-infrastruktur üzərindən çevik və şəffaf aparılmasına imkan verəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.