Xidmət rəsmisi Bəhruz Məhəmmədov VETENNAMİNE.AZ -a bildirib ki, araşdırma zamanı ərazidə 17 ədəd köküstə yaş ağacın qanunsuz kəsildiyi müəyyən edilib. Yaşıllıq sahəsinə xidmət göstərən Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsi tərəfindən ərazidəki ağacların mühafizəsinin düzgün təşkil olunmadığı və ağacların bir qisminin İdarə tərəfindən götürüldüyü qənaətinə gəlinib.
“Faktla bağlı akt tərtib olunub. Məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır”.
Xidmət rəsmisinin sözlərinə görə, götürülmüş ağacların əvəzinə yeni ağaclar əkilib və onlara aqrotexniki qulluq göstərilməsi üçün Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsinə müvafiq göstəriş verilib.
Vətən Naminə Mətbuat Xidməti