Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı İsmayıllı rayonu, Burovdal kəndi yaxınlığındakı dağlıq ərazidə tur ovlayan şəxs saxlanılıb.
Xidmət rəsmisi Xaliq Mirzəyev bildirib ki, araşdırma zamanı qanunsuz ov edən şəxsin İsmayıllı rayonu, Candahar kənd sakini Rövşən Cavadov olduğu müəyyən edilib.
“Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb”.
Aris Məmmədov
Vətən Naminə Mətbuat Xidməti