Ekologiya və Təbii Sərvatlər Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Sumqayıt, Hacıqabul şəhərlərində və Samux rayonu ərazisində ağacların qanunsuz kəsildiyi müəyyən edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların Sumqayıt şəhəri, 36-cı məhəllədə Vaqif Rzayev tərəfindən, Samux rayonu, Sərkar kəndində Vədadil Qarayev, Hacıqabul şəhəri, İ.Qayıbov küçəsində Rahil Baxışov, Hacıqabul rayonu, yol kənarı ərazidə isə Hacıqabul Rayon Yaşıllaşdırma və Abadlıq İşləri Sahəsi tərəfindən kəsildiyi məlum olub.
“Faktlarla bağlı akt tərtib edilib. Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.