Dövlət Əmək Müfəttişliyi Xidməti gecikdirilmiş 441,6 min manatın işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib

Bunu Əmək və əhalinin  Sosial Müdafiəsi Nazirliyinin mətbual xidmətindən vətənnaminə.az-a bildiriblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin 6 ayında vətəndaş müraciətlərinin araşdırılması zamanı 441,6 min manat  məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

Xidmətin gördüyü tədbirlər nəticəsində müvafiq işəgötürənlər həmin vəsaitin işçilərə ödənilməsini təmin edib. Ödənilən vəsaitin 96,8 faizi əməkhaqqı, qalan hissəsi sosial müavinətlər və kompensasiyadan ibarət olub.

Yanvar-iyun aylarında 48 işçi ilə əmək müqavilələrinə qanunsuz xitam verildiyi də müəyyən olunub. Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən görülən tədbirlər nəticəsində həmin işçilərin əvvəlki iş yerlərinə bərpası təmin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.