DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi “Big Data” texnologiyalarına keçir

Bu da geniş həcmli məlumatların daha optimal idarə və təhlil olunması, dəqiq proqnozlaşdırma imkanları yaradır

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Vetennamine.az-a bildiriblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi “Big Data” texnologiyalarından istifadə edəcək.

“Big Data” texnologiyaları böyük həcmli məlumatların idarə olunması, saxlanması,  təhlili, ötürülməsi, vizualizasiyası və təhlükəsizliyi üçün yeni texnoloji imkanları əhatə edir.

Mərkəzin “Big Data” texnologiyalarını tətbiq etməsi sosial sahələrdə çoxsaylı elektron xidmətlərin göstərilməsi şəraitində sürətlə artan, böyük həcmli məlumatların daha optimal, effektiv idarə və təhlil olunmasına imkan verəcək.

Həmçinin məlumatların təhlili əsasında müəyyən gözləntilərlə bağlı dəqiq proqnozlaşdırmalara şərait yaradacaq.

Müasir dünya təcrübəsində geniş istifadə edilən “Big Data” texnologiyaları sənayenin bütün sferalarına nüfuz edib. Habelə bir sıra sahələrdə (səhiyyə, enerji və s.) dəqiq proqnozlaşdırmaların aparılması üçün tətbiq olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.