DOST mərkəzlərində xidmətlərin göstərilməsi üzrə orta müddət 7,5 dəqiqəyə enib

Bunu Əmək və əhalinin  Sosial Müdafiəsi Nazirliyinin mətbual xidmətindən vətənnaminə.az-a bildiriblər.

DOST mərkəzlərində vətəndaşlara xidmətlərin çevikliyinin təmin edilməsi həmin xidmətlərdən vətəndaş məmnunluğuna nail olunması üçün aparılan işlərin əsas hədəflərindən biridir.

Cari ildə bu istiqamətdə növbəti irəliləyiş qeydə alınıb: DOST mərkəzlərinə müraciət edən vətəndaşlara müvafiq xidmətlərin göstərilməsinin orta müddəti 2019-cu ildə 10 dəqiqə 5 saniyə, 2020-ci ildə 9 dəqiqə 40 saniyə, 2021-ci ildə 8 dəqiqə 31 saniyə təşkil olduğu halda, bu il 7 dəqiqə 31 saniyə təşkil edib.

2019-cu ilin may ayından 5 DOST mərkəzi açılıb. Sosialsahələrə aid 154 xidmətinbir pəncərə”dən, operativ şəffaf şəkildə təqdim olunduğu bu mərkəzlərdə ötəndövrdə 1 milyon 50 mindən çox vətəndaşa xidmətgöstərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.