Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, hazırda 6 DOST mərkəzi fəaliyyət göstərir. Həmin mərkəzlərdə sosial sahələr üzrə 154 xidmət “bir pəncərə”dən, operativ, şəffaf, müasir şəkildə təqdim olunur.
Ötən dövrdə DOST mərkəzlərində ümumilikdə 1,57 mln. vətəndaşa xidmət göstərilib.
“Könüllü DOST” proqramına isə bu ilin 5 ayında daha 11 868 min müraciət olub və proqrama 628 nəfər cəlb edilib.
Hazırda Naxçıvan, Bərdə, Quba, Sabirabad, Sumqayıt, Gəncə, Masallı, Şuşada da DOST xidmətləri infrastrukturunun qurulması üçün işlər aparılır.