DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində 190 benefisiara təlimlər keçirilir

Geniş, çoxşaxəli fəaliyyət sahələrini əhatə edən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi əlilliyi olan şəxslərin, şəhid ailəsi üzvlərinin digər sosial cəhətdən həssas qrupların yaradıcı potensialının inkişaf etdirilməsi və cəmiyyətə təqdim edilməsində geniş imkanlar açır.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Vetennamine.az-a bildiriblər.

Mərkəzdə hazırda 190 benefisiara gün ərzində 3 növbə olmaqla 14 istiqamət üzrə təlimlər keçirilir.

Fəaliyyətə başladığı qısa müddət ərzində Mərkəz tərəfindən əlilliyi olan şəxslərin əl işlərindən ibarət satış-sərgisi, inklüziv teatrlarla birgə tamaşalar, kitab və film təqdimatları, anım tədbiri həyata keçirilib.

Xatırladaq ki, Mərkəz ötən ilin oktyabr ayında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.