“Gümüşü DOST” ölkəmizdə könüllülük hərəkatının genişlənməsində mühüm rola malik “Könüllü DOST” proqramının altproqramlarından biridir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən VETENNAMİNE.AZ-a verilən məlumata əsasən, bu layihə çərçivəsində yaşlı şəxslər DOST mərkəzlərində könüllü kimi fəaliyyətə cəlb edilirlər. Məqsəd həmin şəxslərin aktiv həyat tərzinin təmin olunmasına, onlarda özünə inamın artırılmasına, asudə vaxtlarının səmərəli təşkilinə dəstək göstərməkdir.
Avropa Sosial Şəbəkəsi 2011-ci ildən quruma üzv ölkələrin sosial xidmətlər sahəsində effektiv həllərin tətbiqi üzrə qabaqcıl təcrübələrini paylaşır.
Bundan əvvəl Avropa Sosial Şəbəkəsi Nazirliyin sosial ödənişlərin proaktiv təyinatı mexanizmini də nümunəvi təcrübə kimi təqdim edib. Həmin proaktiv təyinat və “Gümüşü DOST – bütün yaşlara hörmətlə” layihələri “Avropa Sosial Şəbəkəsi Mükafatları -2023” müsabiqəsində finalçı statusu da qazanıblar.