DOST Agentliyi və DSMF-nin növbəti beynəlxalq uğurları


Avropada ən yaxşı və mütərəqqitəcrübələrə görə 4beynəlxalq mükafatla təltif olunublar.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Vetennamine.az-a bildiriblər.
Bu günlərdə Beynəlxalq Sosial Təminat Assosiasiyası(BSTA) tərəfindən Əmək və Əhalinin Sosial MüdafiəsiNazirliyinin tabeliyindəki DOST Agentliyi və Dövlət SosialMüdafiə Fondu 4 beynəlxalq mükafatla təltif olunub.
BSTA tərəfindən bu mükafatlar Müstəqil BeynəlxalqMünsiflər Heyətinin qərarı əsasında, Avropa üzrə ən yaxşı,mütərəqqi təcrübələrə görə verilib.
DOST Agentliyinin təqdim etdiyi üç layihə – “Vətəndaşməmnunluğu monitorinq sistemi”, “DOST Agentliyi ləyaqətvə bərabər hüquqlar naminə” və “DOST: 65 yaşdan yuxarışəxslərin sosial müdafiəsi” adlı layihələrinin hər biribeynəlxalq mükafata layiq görülüb.
Həmçinin Dövlət Sosial Müdafiə Fondu son illər sosialtəminat sahəsində icra proseslərinin keyfiyyət vəçevikliyinin artırılması, şəffaf, əhali üçün daha rahat, əlverişli xidmətlər şəbəkəsinin qurulması, fəaliyyətin“inzibati yanaşma” modelindən “vətəndaşlara xidmət” modelinə keçid üzərində qurulması üçün aparılanislahatlara görə BSTA-nın mükafatını qazanıb.
Qeyd olunan 4 nüfuzlu beynəlxalq mükafat BSTA-nınTallində (Estoniya) keçirilən Avropa Sosial TəminatForumunda təqdim edilib.