DOST Agentliyi daha 3 beynəlxalq mükafatla təltif edildi


Bu ilin ötən dövründə Agentlik 5 beynəlxalq uğura imza atıb.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Vetennamine.az-a bildiriblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinintabeliyindəki DOST Agentliyi Beynəlxalq Sosial TəminatAssosiasiyasının (BSTA) “Avropa üzrə Yaxşı TəcrübəMükafatı – 2022” müsabiqəsinə təqdim etdiyi üç layihəninhər biri müsabiqənin qalibi olub.
Agentliyin “Vətəndaş məmnunluğu monitorinqsistemi”, “DOST Agentliyi ləyaqət və bərabər hüquqlarnaminə” və “DOST: 65 yaşdan yuxarı şəxslərin sosialmüdafiəsi” adlı layihələri müsabiqənin Müstəqil BeynəlxalqMünsiflər Heyətinin qərarı ilə Fəxri Diplomlara və Attestatalayiq görülüb.
BSTA-nın Tallin şəhərində (Estoniya) mayın 2-də keçirilmiş “Avropa Regional Sosial Təminat Forumu”ndahər üç mükafat təqdim olunub.