• Xəbər Lenti
  • Ən çox oxunan
  • Hamısı
  • Xəbərlər
  • Hərbi
  • Texnologiya
“DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfrans öz işinə başlayıb

“DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfrans öz işinə başlayıb

07 Sentyabr 2023
Biləsuvarda şəhid Ziyarət Mail oğlu Hüseynovun doğum günündə xatirəsi yad edildi

Biləsuvarda şəhid Ziyarət Mail oğlu Hüseynovun doğum günündə xatirəsi yad edildi

15 May 2025
Biləsuvarda Birinci Qarabağ müharibəsi şəhidinin anım günündə xatirəsi yad edildi

Biləsuvarda Birinci Qarabağ müharibəsi şəhidinin anım günündə xatirəsi yad edildi

14 May 2025
Biləsuvar Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib

Biləsuvar Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib

14 May 2025
Faşizm üzərində Qələbənin 80 illiyi Mehdi Hüseynzadə abidəsi önündə qeyd olundu

Faşizm üzərində Qələbənin 80 illiyi Mehdi Hüseynzadə abidəsi önündə qeyd olundu

09 May 2025
Faşizm Üzərində Qələbənin 80 illiyi münasibətilə Ukrayna Səfirliyində Anım Tədbiri keçirildi

Faşizm Üzərində Qələbənin 80 illiyi münasibətilə Ukrayna Səfirliyində Anım Tədbiri keçirildi

08 May 2025
Ümummilli liderin 102-ci ildönümü Türkiyədə qeyd olunub

Ümummilli liderin 102-ci ildönümü Türkiyədə qeyd olunub

06 May 2025
Bu gündən xəstəlik vərəqələri e-sənəd kimi hazırlanacaq və işçiyə müvafiq müavinətlərin təyinatı üçün əsas olacaq

Bu gündən xəstəlik vərəqələri e-sənəd kimi hazırlanacaq və işçiyə müvafiq müavinətlərin təyinatı üçün əsas olacaq

02 May 2025
Biləsuvarda Şəhidlərin xatirəsi yad edildi

Biləsuvarda Şəhidlərin xatirəsi yad edildi

02 May 2025
Şəhidlərimizin “Anım günü” keçirildi

Şəhidlərimizin “Anım günü” keçirildi

30 Aprel 2025
Şəhid,leytenant Nuriyev Arif Ələskər oğlunun doğum günü qeyd olunub

Şəhid,leytenant Nuriyev Arif Ələskər oğlunun doğum günü qeyd olunub

26 Aprel 2025
Biləsuvarda Şəhid Ceyhun Nazim oğlu Gözəlzadənin doğum günündə xatirəsi yad edildi

Biləsuvarda Şəhid Ceyhun Nazim oğlu Gözəlzadənin doğum günündə xatirəsi yad edildi

30 Aprel 2025
Biləsuvarda  Şəhid Sübhan Arif oğlu Əbilzadənin  doğum günündə xatirəsi yad edildi

Biləsuvarda Şəhid Sübhan Arif oğlu Əbilzadənin doğum günündə xatirəsi yad edildi

24 Aprel 2025
  • Əlaqə
  • Əsas səhifə
  • Haqqımızda
  • Saytın istifadə qaydaları
Vətən Namin TV
Çərşənbə, May 21, 2025
Vətən Naminə
  • Əsas
  • Xəbərlər
  • Sosial
  • Hərbi
  • Qanunvericilik
    • Qanun
    • Fərman
    • Sərəncam
    • Qərar
  • Digər
    • Sosial sahibkarlıq
    • Elm və təhsil
    • Müsahibələr
    • Araşdırma
    • Məqalələr
    • Tədbirlər
No Result
View All Result
Vətən Naminə
No Result
View All Result
Əsas Sosial

“DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfrans öz işinə başlayıb

Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və Dayanıqlı və Operativ Sosial Təminat - DOST Agentliyinin yaradılmasının 5 illiyi münasibətilə Azərbaycanda ilk dəfə sosial xidmətlər sahəsində “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfrans öz işinə başlayıb.

Yazar Mətbuat Xidməti
07 Sentyabr 2023
Kateqoriya Sosial
A A
Facebook-da paylaşınTelegram-da paylaşın

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, Heydər Əliyev Mərkəzində keçirilən və iki gün davam edəcək konfransda 50 xarici, 110 yerli qonaq, eləcə də 40 beynəlxalq təşkilat iştirak edir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev tədbiri giriş sözü ilə açaraq bildirib ki, ötən əsrin 90-cı illərində müstəqil Azərbaycan dövlətini quraraq uzunmüddətli inkişaf yoluna səfərbər edən Ulu Öndər Heydər Əliyev tərəfindən ölkəmizin uğurlu sosial inkişaf strategiyası yaradılıb. Bu strategiya Prezident İlham Əliyev tərəfindən mükəmməl islahatlarla davam və inkişaf etdirilir.

Nazir dövlət başçımızın tapşırıqları ilə son beş ildə 4 sosial islahat paketi icra olunduğunu, bu islahatlar üzrə ayrılan əlavə illik vəsaitin 7 milyard manata çatdığını, sosial ödənişlərdəki ciddi artımları, dövlət sosial xidmətlərinin geniş miqyasda elektronlaşdırılması istiqamətində uğurları diqqətə çatdırıb.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının son illər aparılan sosial islahatların mühüm nailiyyətlərindən olduğu vurğulanıb. Bildirilib ki, DOST mərkəzlərində 159 xidmət “bir pəncərə”dən, innovativ texnologiyalarla, modern və çevik, tam şəffaf mexanizmlər üzərində təqdim edilir və  DOST ölkəmizin bu sahədə yeni brendini formalaşdırıb.

2019-cu ildən DOST Agentliyi və 7 DOST mərkəzi, işğaldan azad olunmuş Zəngilanın Ağalı kəndində ilk Smart DOST Xidmət məntəqəsi açılıb. DOST mərkəzlərində ötən dövrdə 1 milyon 730 min vətəndaşa xidmət göstərilib, həmin xidmətlərdən vətəndaş məmnunluğu 98,2 faizə çatdırılıb.

“Könüllü DOST” proqramının uğurlarından bəhs olunub. DOST konsepsiyasının beynəlxalq səviyyədə də yüksək dəyərləndirildiyi, DOST Agentliyinin 13 beynəlxalq mükafata və sertifikata (Avropa Sosial Şəbəkəsinin “Avropa Sosial Xidmətlər Mükafatı”, Beynəlxalq Sosial Təminat Assosiasiyasının 3 mükafatı, Mükəmməllik Sertifikatları və s.) layiq görüldüyü, bir çox ölkələrin  DOST təcrübəsini tətbiq etməyə maraq göstərdiyi vurğulanıb. Ümumilikdə, Azərbaycanda son 5 ildə aparılan sosial islahatların uğurlarının təkcə keçən il və bu ilin ötən dövründə 40-a yaxın beynəlxalq mükafat və sertifikatla təltif edildiyi bildirilib.

Qeyd olunub ki, DOST modelinin unikallığı, qazanılmış nailiyyətlər əsasında faydalı təcrübə mübadiləsinə şərait yaradan bu Konfransın məqsədlərindən biri də yerli və beynəlxalq ekspertləri bir araya gətirməklə dövlət sosial xidmətləri sahəsində müasir texnologiyaların, innovativ həllərin geniş tətbiqinə əsaslanan inkişaf perspektivlərinin, gələcək inkişaf yollarının müəyyənləşdirilməsidir.

Fəxri qonaqlar qismində Avropa Sosial Şəbəkəsinin sədri Kristian Fillet, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, BMT-nin Rezident Əlaqələndiricisi Vladanka Andreyeva, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov çıxış ediblər.

Vahid platforma üzrə mövcud təcrübələrin bir araya gətirilməsi, trendlərin müəyyən edilməsi, DOST konsepsiyası tanınma səviyyəsinin daha da artırılması, DOST xidmətləri barədə beynəlxalq ictimaiyyətin daha geniş məlumatlandırılması və s. tədbirin əsas hədəfləridir.

Konfrans iki plenar və üç paralel iclasdan ibarət olmaqla yerli və beynəlxalq ekspertlərin müxtəlif mövzularda təqdimat, panel müzakirəsi və çıxışları ilə davam edir.
“DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün  vahid platforma” adlı beynəlxalq konfrans öz işinə başlayıb“DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün  vahid platforma” adlı beynəlxalq konfrans öz işinə başlayıb“DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün  vahid platforma” adlı beynəlxalq konfrans öz işinə başlayıb

Vətən Naminə Mətbuat Xidməti

Etiketlər #axtarıs#dunya#fm#media#məqalə#news#sosial#vətənnaminəKiber
Plugin Install : Subscribe Push Notification need OneSignal plugin to be installed.
Əvvəlki xəbər

Özbəkistan nümayəndə heyətinə ölkəmizdə aparılan sosial islahatlar barədə məlumatlar verilib

Növbəti xəbər

Avropa Sosial Şəbəkəsi ölkəmizdə aparılan sosial islahatları yüksək dəyərləndirir

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

RSS Vətən Naminə TV

  • ŞƏHİDLƏRİMİZİ YAŞADAQ | Hüseynzadə Elməddin 13 İyun 2024
  • “ŞAHDAĞ QUBA & TRUSKAVETS” sanatoriyasında şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı 26 Fevral 2024
  • TURANA DOĞRU | ƏSGƏRƏ MƏKTUB 11 Noyabr 2023
  • TURANA DOĞRU | DÜNYA SAVAŞINA DOĞRU... 18 Oktyabr 2023
  • TURANA DOĞRU | TÜRK DÜNYASININ ZƏFƏR GÜNÜ - II hissə 30 Avqust 2023
  • TURANA DOĞRU | TÜRK DÜNYASININ ZƏFƏR GÜNÜ - I hissə 30 Avqust 2023
  • TURANA DOĞRU | Azərbaycan və Qazaxıstan ictimai birlikləri əməkdaşlığa imza atdılar 05 Avqust 2023
  • #söyüdlü #gədəbəy #etsn #vətənnaminə #xəbərlər 18 İyul 2023
  • #gədəbəy #media #söyüdlü #etsn 18 İyul 2023
  • Prezidentin Nazirliyə verdiyi 1 həftə sona çatdı - ETSN-dən açıqlama 18 İyul 2023
  • TURANA DOĞRU | Buxara vilayətinin baş həkimi İlxom Norov 07 İyul 2023
  • TURANA DOĞRU | 26 iyun Silahlı Qüvvələr Günü 26 İyun 2023
  • ŞƏHİDLƏRİMİZİ YAŞADAQ | Kərgicahan pələngi 24 İyun 2023
  • #vətənnaminətv #turanadoğru #turanordusu #türkiyə #media 22 İyun 2023
  • #vətənnaminətv #şəhidlərölməzvətənbölünməz #gədəbəy #turanordusu #türkiyə 22 İyun 2023
Vətən Naminə

©2024 Hüquqları qorunur.

Vətən Naminə Media Qrup

  • Haqqımızda
  • Galereya
  • Saytın istifadə qaydaları
  • Əlaqə

Bizi izləyin

No Result
View All Result
  • Əsas səhifə
  • Xəbərlər
    • Siyasət
    • Cəmiyyət
    • Dünya
    • İdman
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Kriminal
  • Sosial
    • Turizm
    • Kulinariya
    • Film
    • Layihələr
  • Texnologiya
    • Kibertəhlükəsizlik
    • Proqramlaşdırma
    • Smartfonlar
    • Startup
  • Hərbi
    • Təlimlər
    • Görüşlər
    • Cəbhə Xəbərləri
  • Qanunvericilik
    • Qanun
    • Fərman
    • Sərəncam
    • Qərar
  • Digər
    • Sosial sahibkarlıq
    • Elm və təhsil
    • Müsahibələr
    • Araşdırma
    • Məqalələr
    • Tədbirlər

©2024 Hüquqları qorunur.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Sizə daha yaxşı xidmət göstərmək üçün çərəzlərdən istifadə edirik. Visit our Gizlilik Siyasəti.