Doğum gününüzü təbrik edirik !

Bugün  Azərbaycan Qarabağ Müharibəsi Əlilləri,Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədri Əfqanıstan müharibəsi veteranı,Qarabağ müharibəsi əlili,Silahlı Qüvvələr veteranı,ehtiyatda olan polkovnik Mehdiyev Mehdi İmdad oğlunun doğum günüdür.Mehdi müəllim 14 yaşında Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olmuş,sonradan Ukraynada Ali Hərbi Mühəndis Komandanlıq məktəbini uğurla bitirərək hava-desant qoşunlarında Sovet Ordusu sıralarında xidmətə başlamışdır.Sonradan Əfqanıstan Demokratik Respublikasına beynəlmiləl vəzifəsini yerinə yetirmək üçün yollanmış və şərəfli döyüş yolu keçmişdir.Xidmətinə görə “Qırmızı Ulduz” ordeni ilə təltif olunmuşdur.Azərbaycan öz müstəqilliyini ikinci dəfə əldə etdikdən sonra Mehdi müəllim də vətənin digər vətənpərvər evladları kimi Azərbaycan Ordusunda xidmət etmək üçün gələn ilk zabitlərdən olub.Azərbaycan Ordusunda da Mehdi müəllim şərəfli yol  keçib,sağlamlığını itirərək qazilik zirvəsinə ucalıb.Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fərqləndiyinə görə “Azərbaycan Bayrağı “ ordeni və digər dövlət medalları ilə təltif olunmuşdur.Mehdi müəllim uzun müddət H.Əliyev adına Ali Hərbi məktəbdə mühəndis kafedrasına rəhbərlik etmiş və bugün də onun yetişdirdiyi tələbələr Azərbaycan Ordusunun rəhbər vəzifələrində şərəflə xidmət edirlər.Qarabağ uğrunda gedən döyüşlərdə Mehdi müəllimin qardaşı şəhid olmuşdur.Allah cəmi şəhidlərimizə rəhmət eləsin.2001-ci ildən fəaliyyətdə olan Azərbaycan Qarabağ Müharibəsi Əlilləri,Veteranları və Şəhid Ailələri ictimai birliyinə rəhbərlik edən Mehdi müəllim daima Şəhid ailələrinin Qarabağ müharibəsi iştirakçılarının qayğısına qalaraq onların sosial durumlarının yaxşılaşdırılması istiqamətində aidiyyatı dövlət qurumları qarşısında təkliflərlə çıxış edir. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri,Veteranları və Şəhid Ailələri ictimai birliyinin çoxmilli üzvləri və vetennamine.azsaytının redaksiya heyyəti vətənimizin qəhrəman övladı Mehdiyev Mehdi İmdad oğlunu doğum günü münasibəti ilə səmim qəlbdən təbrik edir,ona tutduğu şərəfli yolda yeni-yeni uğurlar arzulayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.