İnsanlar çox zaman öz sağlamlıqlarını qorumaq üçün mənzillərinin yeni təmirə ehtiyac olmasını bilirlər. Buna görə də evinizin divarları üçün seçmək istədiyiniz ekoloji təmiz divar kağızlarardan və materiallardan istifadə etmə praktik olaraq məsləhət görülür. Divarlara yapıştırılan divar kağızları hər 6 ildən bir dəyişilməlidir. Divar kağızlarını divarın geyimi kimi düşünmək lazımdır. Geyim paltarlarının modası dəyişdikcə divar kağızlarıda dəyişməlidir. Divar kağızlarının modası klassik və avanqard olaraq iki yerə ayrılır.
Satışda olan divar kağızları vinil, tekstil və şüşəlifli olaraq satılmaqdadır. Aldığınız divar kağızlarının keyfiyyəti onun təhlükəsizliyi ilə təyin edilir. Bir çox Avropa ölkələrində hazırlanan divar kağızları ekoloji standartlara cavab verməlidir. Divar kağızlarını aldığınız zaman, onların öz sağlamlığınıza zərərli olmamasına diqqət etmək lazımdır. Divar kağızlarını yapıştırmaq üçün dükanlarda satılan yapıştırıcıların da keyfiyətinin ekoloji təmiz olması şərttir. Ucuz satılan materiallardan istifadə etsəniz öz sağlamlığınıza zərər və təhlükə yarada bilərsiniz.
Uşaq otağının divarlarını yalnız kağız divar kağızlarından yapıştırmaqla təmir aparılmalıdır. Bəzən satışda olan yuyula bilən divar kağızları divarlara yapıştırılır. Belə halda uşaqların sağlamlığı sual altında olur. Evin girişində vinil divar kağızlarından istifadə edə bilərsiniz. Ən geniş yayilmış divar kağızlarının çoxu mürəkkəb quruluşlu və keyfiyətli olan divar kağızlarıdır. Bunlardan dubleks akrilli iki qat kağız və kobud ipli ağac lifləri qatılan kağızlardır. Ucuz satılan divar mateririallarından istifadə edilərsə sağlamlığınıza təhlükə və zərər gətirə bilirsiniz.
Vinil divar örtükləri daha çox istifadə edilməkdədir. Onların kağız divar örtüklərindən üstünlüyü vardır. Ekoloqlarin söylədiklərinə görə divar örtüklərinin işıqlı və təmiz qalmasını istiyirsinizsə, o zaman bunların pasport və sertifikatlarını oxuduqdan sonra alın. Vinil divar örtüklərinin əsasını bir və ya iki qat kağızların çox incə polivinilxloridlə örtülməsiylə hazırlanmasından ibarətdir. Bu örtüklər nəm və çirkə qarşı davamlı olduqlarından onları yumaq olur. Belə divar örtüklərini giriş və mətbəxt divarlarına yapıştırmaq olar.
Müxtəlif şəkilli və müxtəlif rəngli tekstil divar örtükləri yalnız parça əsasında hazırlarir. Bunlar ekoloji təmiz və sağlamlıq üçün təhlükəli deyil. Təbii ki, bu divar örtükləri çox bahalı və cəzbedicidır. Parça əsasında hazırlanan divar örtükləri elektrik süpürgəsi ilə təmizlənə bilər. Tekstil divar örtüklərini mətbəxtdə də istifadə etmək olar, çünki qoxunu yaxşı absorbsiya edə bilir.
Eyni texnologiya ilə hazırlanan şüşə divar örtükləri, şüşə liflərdən hazırlana bilir. Belə divar örtükləri oda davamlı, yanmayan, elastikli və xidmət üçün sadədir. Ekoloji olaraq zərərsizdir. Bu divar örtüklərindən hotellərin, ofislərin və marketlərin divarlarında istifadə edilir.
Nigar Həziyeva
Vətən Naminə Mətbuat Xidməti