Qalaktikamızda ulduzun ətrafında fırlanmayan və kosmosun dərinliklərində dolaşan milyardlarla planetin olduğu güman edilir. Yeni araşdırma bu planetlərin peyklərində həyatın ola biləcəyini göstərir.
Uzun illərdir ki, bəşəriyyət Yerdən kənarda həyatın ola biləcəyi yeni yerlər axtarır. Yerdəki və ya kosmosa göndərilən teleskoplar və kosmik gəmilərlə su və atmosfer ola biləcək göy cisimləri tək-tək araşdırılır. Halbuki, Günəş Sistemimizin ətrafında fırlanan təxminən 100 milyon ulduz və bəlkə də daha çox planet var. Bunlardan başqa heç bir ulduzun ətrafında fırlanmayan və ya heç bir sistemə bağlı olmayan və qalaktikada dolaşan başqa bir qrup göy cisimləri var: yad planetlər…
Qalaktikada bu planetlərin milyardlarla olduğu təxmin edilir. Yeni bir araşdırma, planetlərin ətrafında fırlanan aylarda da həyatın ola biləcəyini göstərir.
VETENNAMİNE.AZ qeyd edir ki, Astrofizik Giulia Roccetti mövzu ilə bağlı bir simpoziumda iddia etdi ki, düzgün orbit və atmosfer nəzərə alınmaqla, planetlərin ətrafında dönən bəzi peyklərdə bir milyard ildən çox isti su ola bilər. Bu su və atmosferlə alimlər planetlərin peyklərində həyatın ola biləcəyini fərz edirlər.
Asiman Xəlili
Vətən Naminə Mətbuat Xidməti