Demarkasiya nədir ?

Bəşəriyyət tarixində sərhəd yaradıcılığı xüsusilə ictimai həyatın başlanğıcı və siyasi hakimiyyətin formalaşması ilə ortaya çıxdı. Tarixi prosesdə sərhəd formalaşması dövrün şərtlərinə uyğun olaraq müəyyən edilmişdir. Bu kontekstdə sərhədlərin yaradılması təkrarlanan bir fəaliyyət olsa da, sərhədlərin xüsusiyyətləri zamanla nəzərəçarpacaq dərəcədə şaxələnmişdir. Ona görə də siyasi və coğrafi fikir tarixi boyu sərhəd və sərhəd bölgələrinin rolu çox dəyişmişdir. Bu dəyişən rollar həm də bugünkü siyasi quruluşun meydana çıxmasını şərtləndirən amillərdir. Ona görə də sərhədlər coğrafi və tarixi mühitlə bağlı yaranmış və bugünkü dövlət quruluşunun əsas elementinə çevrilmişdir.

Son zamanlar dünyanın müxtəlif yerlərində cərəyan edən tendensiyalar, xüsusilə də sərhədlər boyu inteqrasiya və müstəqilliyin artırılması istiqamətində görülən fəaliyyətlər sərhədləri yenidən gündəmə gətirib. Xüsusilə qloballaşma şəraitində sərhədlər yenidən gündəmə gəlib. Son iki onillikdə həm coğrafiya, həm də ictimai-siyasi sahədə sərhəd məsələsinə maraq artıb. Sərhəd tədqiqatları yeni inkişaflar səbəbindən tez bir zamanda fənlərarası bir sahəyə çevrildi. Xüsusilə 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərindən Nyumanın təbirincə desək, “sərhəd tədqiqatlarında yeni dövr” başlamışdır (Newman, 2006). Qloballaşma müzakirələrinin əsasını təşkil edən “sərhədsiz dünya” və “sərhədlər əhəmiyyətsizləşdi” diskursları ilə milli dövlət və suverenlik anlayışlarına yeni mənalar verilir, demək olar ki, yeni sərhədlər yaranır. Bu dövrdə sərhəd araşdırmaları və sərhədlərə vurğunun artması yeni dünya nizamı axtarışları ilə sıx bağlıdır. Xüsusilə Avropada sərhədlərə münasibət yenidən dəyişir və inteqrasiya meyli ön plana çıxır. Sərhədlərin təhlükəsizlik rolu, mədəniyyətlərin müdafiəsi, hüquq və sərmayələrin nizam-intizamını təmin etmək bacarığı ön planda olsa da, soyuq müharibədən sonra sərhədlərə daha çevik yanaşmalar qəbul edilmişdir.

Sərhəd müəyyən ərazini səciyyələndirən anlayış kimi həm də geosiyasət baxımından məkan miqyası baxımından dövlət və siyasi bölgələri bilavasitə müəyyən edən məzmuna malikdir. Xüsusilə qloballaşma baxımından ən çox müzakirə edilən mövzulardan olan dövlət və suverenlik baxımından sərhədlər günümüzün siyasi inkişaflarını və mühitlərini anlamaqda diqqətlə vurğulanan və müxtəlif mənalar verən təməl anlayışdır.

 

Həlimə Əliyeva

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.