Vetennamine.az saytının Gəncə regionu üzrə bölgə müxbiri Vasif Quliyevin verdiyi məlumata əsasən ,Dekabrın 3-ü axşam saatlarından başlayaraq Daşkəsənə qar yağıb. Ucqar kəndlərə nisbətən rayon mərkəzində daha az müşahidə edilən qar heç bir fəsada yol açmayıb.
Yağan qar örtüyünün qalınlığı Daşkəsən rayon mərkəzində az olsa da, daha yüksəklikdə yerləşən Xoşbulaq, Qaraqullar, Təzəkənd, Çıraqlı, Əmirvar, Qabaqtəpə, Astaf, Alaxançallı kimi ucqar dağ kəndlərində 15-25 santimetrə çatıb.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin tapşırığına uyğun olaraq yollarda qarın nəqliyyatın hərəkətinə çətinlik yaratmaması üçün “31 saylı Yol İstismarı” MMC tərəfindən mütəmadi təmizləmə işləri aparılır, qum-duz qarışığı səpilir.
Elektrik enerjisinin, qazın, rabitənin və içməli suyun verilişində fasilələr yaranmamışdır.
Rayonun bütün idarə, müəssisə və təşkilatları işlərini qarşıdakı günlər üçün hava proqnozlarını nəzərə almaqla qurur.
Vetennamine.az Mətbuat Xidməti