Vetennamine.az saytının Qarabağ regionu üzrə bölgə müxbiri Etibar xanım Hüseynovanın verdiyi məlumata əsasən ,
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli sərəncamına əsasən Bərdə rayon Heydər Əliyev Mərkəzi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Daş üzərində yazı” layihəsinə başlamışdır.Layihə çərçivəsində Ümummilli lider Heydər Əliyevin Bərdə rayonuna səfərləri zamanı görüşdüyü elm və əmək adamlarının xatirələri lentə alınır.17.02.2023-cü il tarixdə layihənin növbəti qonağı Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyi Bərdə rayon şöbəsinin sədri Etibar Hüseynova ilə Bərdə rayon Heydər Əliyev Mərkəzinin direktoru Arifət Əhmədovanın müsahibəsi qeydə alınmışdır.
Vətən Naminə Mətbuat Xidməti