Daha 300-ə yaxın şəhid ailəsi və qazi üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfat və müəssisələr yaradılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və müharibə
iştirakçılarının özünüməşğulluq proqramı çərçivəsində də müvafiq dəstəklə təminatı işləri
davam edir.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Vetennamine.az-a bildiriblər.
Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən icra edilən
özünüməşğulluq proqramı çərçivəsində bu ilin əvvəlindən daha 300-ə yaxın şəhid ailəsi və
qaziyə mal və materiallar formasında aktivlər təqdim edilib.
Verilmiş aktivlər hesabına onlar kiçik təsərrüfat və müəssisələrini yaradıblar.
Proqrama cəlb olunan şəxslər üçün əvvəlcə təlimlər təşkil olunur, onlara kiçik biznesin təşkili
və idarə olunması üzrə bilik və bacarıqlar öyrədilir.
Təlimləri uğurla başa vuran şəxslər seçdikləri özünüməşğulluq istiqaməti üzrə biznes
planlarına uyğun aktivlərlə təmin olunurlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.