Daha 200-ə yaxın işsiz şəxs peşə hazırlığına cəlb edildi

Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Bakı Göyçay Peşə Hazırlığı Mərkəzlərində 200-ə yaxın işsiz şəxs üçün peşə hazırlığı kursları təşkil olunub.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Vetennamine.az-a bildiriblər.

Onlar kurslarda qənnadçı-şirniyyatçı, alətçi-çilingər, dərzi, backend developer, dayə, dərzi, mobil telefonların təmiri ustası, bərbər, mina axtaran, proqramla idarə olunandəzgah operatoru, ərzaq və qeyri-ərzaq malları satıcısı nəzarətçi xəzinədar bağban peşələrinə yiyələnirlər.

İşəgötürənlərlə əməkdaşlıq çərçivəsində həyata keçirilən kurslarda müdavimlərə nəzəri biliklər tədris edilməklə yanaşı, müvafiq sahələr üzrə təcrübə keçmələrinə şərait yaradılır.

Kursların sonunda imtahanlardan müvəffəqiyyətlə keçən məzunlara sertifikatlar təqdim ediləcək onların işlə təmin olunmalarına dəstək göstəriləcək.

Peşə hazırlığı müddətində müdavimlərə minimum aylıq əməkhaqqı məbləğində aylıq təqaüd ödənəcək.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.