Daha 151 şəhid ailəsi üzvü və müharibə veteranı üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradıldı

Bunu Əmək və əhalinin  Sosial Müdafiəsi Nazirliyinin mətbual xidmətindən vətənnaminə.az-a bildiriblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən daha 151 şəhid ailəsi üzvü və müharibə veteranıözünüməşğulluq proqramı əsasında  aktivlərlə təminedilib.

Biznes planlarına uyğun verilmiş aktivlər hesabına onlar müxtəlif iqtisadi fəaliyyət növləri üzrə kiçik bizneslərini yaradıblar.

Özünüməşğulluq proqramına cəlb edilən işsiz və işaxtaran şəxslər üçün əvvəlcə kiçik biznesin təşkili üzrə bilik və bacarıqlara malik olmaları məqsədilə təlimlər təşkil edilir.

Təlimlərdən sonra onlar mal materiallar formasındaaktivlərlə təmin olunurlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.