Yunanıstan öz ölkəsini arsenala çevirib. Fransadan kreditlə hərbi gəmilər və reaktiv təyyarələr alan Afina ölkəsini də ABŞ bazaları ilə təchiz edir.
Yunanıstan bir nəslin gələcəyə olan ümidlərini əlindən alan dərin iqtisadi böhran keçirdir. 2011-ci ildə BVF və Avropa Mərkəzi Bankı tərəfindən yüzdürülməyə çalışılan Yunanıstan iqtisadiyyatı keçmişə nisbətən yaxşılaşsa da, köhnə günlərinə qayıda bilmədi. Çoxlu gənc iş tapmaq üçün Yunanıstanı tərk etdi. Pensiyaçıların həyat səviyyəsi nəzərəçarpacaq dərəcədə aşağı düşüb.
Buna baxmayaraq, Yunanıstan silahlanmaya ayırdığı resursları nəzərəçarpacaq dərəcədə artırır. 2019-cu ildə ÜDM-nin 2,45 faizini müdafiə xərclərinə xərcləyən Yunanıstan 2022-ci ildə bu nisbəti 3,76 faizə yüksəldib. Bu nisbət ABŞ-ın milli gəliri ilə müqayisədə müdafiə xərclərindən də yüksəkdir.
2019-cu ildə silahlanmaya 5 milyard dollar xərcləyən Yunanıstan 2022-ci ildə bu xərcləri 8,4 milyard dollara çatdırıb. ABŞ-ın Yunanıstana hərbi marağı artdıqca, ölkə bu super dövlətdən silah almaq üçün daha cəsarətli addımlar atır. F-35-i gözləyən Yunanıstan 35 Black Hawk helikopteri üçün ABŞ-dan cavab gözləyir.
Asiman Xəlili
Vətən Naminə Mətbuat Xidməti