Dənizin dibindəki kabellərin nə kimi yararı ola bilər ?

Dəniz dibindəki internet kabelləri zəlzələ sensoru kimi istifadə edilə bilər

Alimlər kəşf ediblər ki, dəniz dibindəki internet kabelləri zəlzələləri və sunamiləri aşkar etmək və iqlim dəyişikliyi nəticəsində okean axınlarının dəyişməsini anlamaq üçün istifadə edilə bilər.
Böyük Britaniyanın Milli Fiziki Laboratoriyası (NPL) və onun tərəfdaşları tərəfindən aparılan araşdırmada alimlər tərəfindən hazırlanmış texnika Böyük Britaniya və Kanada arasında fiber optik kabellər üzərində sınaqdan keçirilib.
Tədqiqatçılar izah etdilər ki, onlar bu texnikanı inkişaf etdirdilər, çünki daimi sualtı zəlzələ sensorları o qədər bahalıdır ki, yeni avadanlıq quraşdırmaq əvəzinə mövcud kabellərdən istifadə etmək çox sərfəlidir. “Yer səthinin 70 faizi su ilə örtülsə də, bütün seysmik stansiyalar qurudadır. Suyun altına daimi sensor yerləşdirmək olduqca çətindir”, – Cüzeppe Marra bildirib.Okean və dəniz diblərində 430-dan çox fiber optik xəttin olduğu təxmin edilir və onların ümumi uzunluğu 1,3 milyon kilometrdən çoxdur.

Həlimə Əliyeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.