“Dəmir yumruğun şanlı Zəfəri” adlı tədbirlər təşkil olunacaq

“İnnovativ İdeya və Təşəbbüslər” ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Dəmir yumruğun şanlı Zəfəri” adlı tədbirlərin təşkili layihəsinin icrasına start verib.

Layihənin məqsədi gənc nəsil arasında Zəfər tariximizin, milli birliyimizin, Şəhidlərin əziz xatirəsinə, qazilərə, onların ailələrinə və övladlarına ehtiram göstərilməsi borcumuzun, gənc nəslin vətənpərvər yetişməsində yüksək intellektin, elm və biliyin, düzgün siyasətin əhəmiyyətinin təbliğindən ibarətdir.

Qarabağ həqiqətlərini dünyaya çatdıracaq, regionda yerləşən tarixi və mədəni abidələri təbliğ edəcək nəslin yetişməsi, gənc nəslin işğalçılar tərəfindən vəhşicəsinə ləkələnməyə məruz qalmış tarixi irsimizi öyrənməsi, yeniyetmələrin “Dəmir yumruq” əməliyyatından şanlı Zəfər tarixinə səbəb olan ordu quruculuğu, əsgərlərimizin qəhrəmanlıqları barədə məlumatlanması layihənin vəzifələrindəndir.

Layihə 3 ay ərzində Sumqayıt şəhərində icra olunacaq.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.