Vetennamine.az saytının Cəbrayıl rayonu üzrə bölgə müxbiri Məlahət Məhərrəmovanın verdiyi məlumata əsasən , 20 fevral 2023-cü il tarixində Cəbrayıl rayon M.Allahverdiyev adına Çullu kənd tam orta məktəbində müəllim kollektivi ilə rayon rəhbərliyi arasında görüş keçirilmişdir. Görüşdə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri , Veteranları və Şəhid Ailələri ictimai birliyinin Cəbrayıl rayon filialının sədri .S.Hüseynov və filialın bir neçə üzvü də iştirak edib. Görüş zamanı rayon icra hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək azad olunmuş torpaqlarda başlanmış böyük quruculuq, bərpa işlərindən danışdı. Rayonda bərpa-quruculuq, iqtisadiyyatın yenidən qurulması, sakinlərin məskunlaşdıqdan sonra sosial vəziyyətinin, həyat səviyyəsinin yaxşılaşdırılması üçün bir sıra dövlət proqramların işlənib hazırlandığı olunub.
Sonda müəllimlərin təklifləri və fikirləri dinlənilərək müzakirə olunub.
Vətən Naminə Mətbuat Xidməti