HomeBütün XəbərlərCəmiyyətCOVİD pasportu olanlara bu güzəştlər ediləcək – VİDEO

COVİD pasportu olanlara bu güzəştlər ediləcək – VİDEO

COVİD pasportu olanlara bu güzəştlər ediləcək – VİDEO

Prezidentin köməkçisi Şahmar Mövsümov Azərbaycanda COVİD-19 pasportunun tətbiq edilməsi ilə bağlı qaydaları açıqlayıb.

“Vetennamine.az”ın məlumatına görə, Ş.Mövsümov brifinqdə çıxış edərək bildirib ki, COVID pasportu iki sertifikatdan ibarətdir: “Birincisi peyvəndləşmə sertifikatıdır. Bura hər iki peyvəndi alan şəxslər daxildir.

İkinci sertifikat isə immunitet sertifikatıdır, bu da xəstələnib sağalmış insanlara tətbiq olunur. Çünki virusa yoluxub sağalan şəxslər vaksin olunmur.

Bu iki sənəddən biri olan şəxslər COVİD pasportu ilə idman-sağlamlıq mərkəzlərindən istifadə edə biləcəklər. Bu yerlərin işçilərinin vaksinasiya, yaxud immunitet sertifikatı olması tələb olunur. İşçilərin 80 faizinin COVID pasportu olan yerlərin fəaliyyətinə icazə veriləcək.

Gələcəkdə COVID pasportu olan şəxslərin digər xidmətdən istifadə etməsinə də imkan veriləcək. Burada konsertlər, teatrlar, kinoteatlar, toy və digər şənliklərdən söhbət gedir. Bu xidmətlərdən istifadə etmək istəyən vətəndaşlara təcili vaksinasiyadan keçməyi tövsiyə edirəm”.