Covid-19 yoxsa Qrip? Doğru bilinən yanlışlar

Həkim infeksionist Samirə Əliyeva Vetennamine.az saytının ştatdan kənar müxbiri dünyanı cənginə alan Covid-19 pandemiyası ilə bağlı doğru bilinən yanlışlara aydınlıq gətirib.

O bildirib ki, əsrin xəstəliyi olan Covid-19 virusu 2019-cu ilin dekabr ayının ortalarında, Çinin mərkəzi Hubey əyalətinin Uhan şəhərində yerli Huanan ət və dəniz məhsulları bazarı ilə əlaqəli yerli sakinlərdə naməlum mənşəli pnevmoniya xəstəliyinin ilk aşkar olunması ilə başladı. 31 dekabr 2019-cu ildə Çin hakimiyyəti naməlum pnevmoniyanın başlaması barədə Ümumdünya Səhiyyə Təşkilatına məlumat verdi.
Hər kəs koronavirus xəstəliyi (COVID-19) haqqında danışır və baxdığınız hər yerdə virus və ondan özünüzü necə qorumaq haqqında məlumat var. Faktları bilmək özünüzü və sevdiklərinizi düzgün hazırlamaq və qorumaq üçün əsasdır. Təəssüf ki, çox sayda yanlış məlumatlar da var. Sağlamlıq böhranı zamanı dezinformasiya insanları bu xəstəliyə müdafiəsiz və həssas edir, həmçinin qorxu və təşviş yayır.
Bəzən əhali arasında deyilir: elə bu Covid virusu Qripdir, daim olub… ancaq bu belə deyil. Gəlin Qriplə Covidin ümumi və fərqli cəhətlərini müqayisə edək.
Bəli, ikisi də virus mənşəli respirator infeksiya olub tənəfüs yollarının kəskin iltihabı prosesini törədir. Lakin bu iki virusub fərqli cəhətləridə var. Belə ki,
1. İnkubasiya dövrü: Yəni virusun orqanizmə daxil olduqdan simptomların əmələ gəlməsi. Qripdə maksimum bu müddət 3 gündür, Covid 19 virusunda isə 6-14 günə qədər çəkə bilər.
2. Qrip zamanı xəstə simptomlar əmələ gələn gün kontaqiozdu, yəni yoluxucudur. Covid 19 virusunda isə bu qədər yayılma koeffisenti yoluxmuş insanın Covid 19-u sürətlə yaya bilməsidir.
Koronavirus, soyuqdəymə və sətəlcəmdən şiddətli kəskin tənəffüs sindromuna (SARS) və Yaxın Şərq tənəffüs sindromuna (MERS) qədər xəstəliklərə səbəb olan böyük bir virus ailəsidir. Digər tərəfdən, qrip virusu hər il mövsümi qrip epidemiyalarına səbəb olan başqa bir virus növüdür. Hər iki növ də əhatə olunmuş ssRNA viruslarıdır. Hər ikisi də insanların tənəffüs sistemində infeksiyalara səbəb olur. Qrip infeksiyaları sürətlə yayılır, koronavirus yavaş -yavaş yayılır. Bununla birlikdə, koronavirus infeksiyaları, qrip virus infeksiyalarına nisbətən daha yüksək ölüm nisbətini göstərir. Beləliklə, koronavirus və qrip arasındakı fərqin xülasəsi budur.

 

Hazırladı

Samirə Əliyeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.