Şam Bulağı Meşənin dərinliklərində yerləşir. Axınımız meşənin içi ilə, çaylardan, dərələrdən keçməklə davam edəcək. Son dayancaq Şam Bulağı olacaq. Bulağın göz yaşı kimi təmiz, buz kimi sərin suyundan içib, içimizi və ruhumuzu yeniləyəcəyik.
Təbiət mənzərəsindən həzz alarkən, çölçü yaşam öyüdləri ilə fərqli bilgi və bacarıqlar əldə edəcək, çölçü oyunlarında iştirak edəcəksiniz.
Meşədə Oba qurulacaq. Obada gətirdiklərinizi və Çölçülərin sizin üçün hazırlayacağı çölçü biş-düşünü paylaşacağımız bir süfrə açacağıq.
Çölçülər sizin üçün közdə yumurtalı kartof, müxtəlif otlardan somovar çayı hazırlayacaq.
Süfrə ətrafında bir birimizi daha yaxından tanıyacağıq. Sonra isə müxtəlif çölçü alışdırmaları və oyunları (kötük güləşi, kəndir dartma, lideri tap və s.) ilə zamanınızı daha da dəyərli edəcəksiniz. Sizin ox və kamanın tarixini, xüsusiyyətini, atış yöntəmlərini öyrənmək və atış etmək imakanız olacaq.
Bu dəyərli anları əlbəttə ki, heç zaman unutmayacaqsınız, amma bizim peşəkar fotoqrafımız bu anları sizin üçün daha da unudulmaz edəcək. İstədiyiniz qədər foto çəkdirə bilərsiniz. Fotoları sizə emaillə göndərəcəyik.
Özünüzlə sizi doyuracaq və paylaşmaq istədiyiniz qədər yeyəcək götürə bilərsiniz. Həmçinin, su qabı (termos), fincan (kofe və ya çay içmək üçün) 2 dəst köynək, 2 cüt corab (tərləyəndə dəyişmək üçün), bir sözlə çöl şəraitində sizi daha rahat edəcək geyimlər götürməyi də məsləhət görürük.
Axın günü Bakıdan çıxıb, axşama Bakıya qayıdacağıq. Yolun bir hissəsini (Bakıdan Qubaya) nəqliyyatla, qalan hissəsini isə bələdçilərin müşayiəti ilə ayaqla gedib, eyni formada geri qayıdacıq. Nəqliyyatımız tam komfortlu, bələdçilərimiz isə peşəkardır.
Yuxarıda qeyd edilənlər üçün cəmi 29 AZN ödəniş etməyiniz lazımdır.
Ödəniş və ya hər hansı suallar üçün 070 307 97 79 nömrəsi ilə əlaqə saxlaya və ya Whatsapp üzərindən bizə yaza bilərsiniz.
Ödənişə aşağıdakılar daxildir:
Bakı – Quba – Bakı nəqliyyat– avtobusumuz tam komfortludur, peşəkar sürücü tərəfindən idarə olunacaq.
Peşəkar bələdçi haqqı – Axın müddətində sizə yoldaşlıq edəcək, həm suallarınıza cavab verəcək, həm də qayğılarınızla maraqlanacaq.
Oxatma, nizə atma. Ox və kamanın tarixini, xüsusiyyətini, atış yöntəmlərini öyrənmək.
Müxtəlif çölçü oyunlarının (kötük güləşi, kəndir dartma lideri tap və s.) təşkil edilməsi.
Kəklikotulu, anasonlu, nanəli, zəncəfilli somavar çayı
Közdə bişirilən yumurtalı kartof
Peşəkar Fotosessiya
Ödənişi 18 avqsut tarixinə qədər aşağıda qeyd edilən karta köçürüb, qəbzin şəklini, ad, soyad və əlaqə nömrəsi ilə birlikdə bizə göndərməyiniz xahiş olunur. Bu halda sizin iştirakınız qeydə alınacaqdır.
Ödəniş üçün aşağıdakı üsullardan istifadə edə bilərsiniz.
Hər hansı proqram tətbiqi vasitəsi ilə öz bank kartınızdan bu karta köçürmə edə bilərsiniz,
(Nəzərinizə çatdıraq ki, bu halda bank tərəfindən komissiya tutula bilər.) və ya MİLLİ ÖN aparatları vasitəsi ilə qeyd olunan karta köçürə bilərsiniz.( komissiya haqqı yoxdur) Bunun üçün bank kartının sizə lazım olan məlumatlarını qeyd edirəm.
KART: ABB (Azərbaycan Beynəlxalq Bankı)
KARTIN ÜZƏRİNDƏKİ RƏQƏMLƏR: 5167 5133 4604 2179
KARTIN BİTMƏ TARİXİ: 08/25
Vetennamine.az xəbər portalı