Bu gün Türk dünyasına qələbə sevincini yayan, son 200 il ərzində Azərbaycana işğalda olan ərazilərini qaytarmağı bacaran, beynəlxalq arenada Azərbaycanı öz sözünü deməyi bacaran dövlətə çevirən, görkəmli şəxsiyyət və dahi sərkərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarının doğum günüdür.
Bu münasibət ilə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri ictimai birliyinin idarə heyəti və VETENNAMİNE.AZ saytının kollektivi cənab prezidenti səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, ölkəmizin inkişafında yeni nailiyyətlər qazanmağı və qarşıdan gələn prezident seçkilərində qalib gələrək Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanla quru sərhədin bərpa etməyi arzu edir. Doğum gününüz mübarək olsun!
Vətən Naminə Mətbuat Xidməti