“Report”un məlumatına görə, bununla da 1/8 finala yüksələn daha 2 komandanın adına aydınlıq gəlib.
D qrupunda Fransada “Marsel”ə 2:1 hesabı ilə qalib gələn İngiltərə “Tottenhem” 1-ci, Portuqaliyada “Sportinq”i eyni hesabla məğlub edən Almaniya “Ayntraxt”ı isə 2-ci yerin sahibi kimi adını növbəti mərhələyə yazdırıb.
Niderland “Ayaks”ı, Almaniya “Bayer”i, İspaniya “Barselona”sı və “Sportinq” isə mübarizəni Avropa Liqasının pley-offunda davam etdirəcək.
Qeyd edək ki, daha əvvəl İtaliyanın “Napoli” və “İnter”, İngiltərənin “Liverpul”, “Mançester Siti” və “Çelsi”, Almaniyanın “Bavariya” və “Borussiya” (Dortmund), İspaniyanın “Real Madrid”, Fransanın PSJ, Belçikanın “Brügge”, Portuqaliyanın “Benfika” və “Portu” komandaları pley-offa vəsiqə qazanıblar.